18 Yanvar 2015 05:29
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-ə qarşı beynəlxalq koalisiyanın üzvü olan dövlətlərin rəsmiləri yaranmış vəziyyətlə bağlı yenidən görüşmək qərarına gəliblər. Növbəti görüş bilavasitə Böyük Britaniya XİN rəhbəri Filip Hemmond və ABŞ dövlət katibi Con Kerriinin təşəbbüsü ilə yanvarın 22-də Londonda keçiriləcək.

İŞİD-lə mübarizə koalisiyasına daxil olan ölkələr bu istiqamətdə atılacaq növbəti addımları müzakirə edəcəklər.

Teleqraf.com-un "RİA Novosti"-yə istinadən məlumatına görə, Filip Hemmond “Daily Telegraph” nəşrinə müsahibəsində bildirib ki, görüşdə İŞİD-ə qarşı birgə mübarizənin bu vxtadək əldə olunmuş nəticələrinə qiymət veriləcək: “Ərəb ölkələri də daxil olmaqla koalisiyanın tərəfdaşları Londonda keçiriləcək görüşdə İŞİD-in tam məhv edilməsi üçün mümkün addımları müzakirə edəcəklər”.

“Frans Press”-in məlumatına görə, danışıqlarda 20-dək ölkənin XİN rəhbəri iştirak edəcək. Məlumata görə, müzakirə 5 sahəni əhatə edəcək: əcnəbi silahlılar, İŞİD-ə qarşı hərbi əməliyyat, qruplaşmanın maliyyə mənbələri, strateji kommunikasiyalar və humanitar yardım.


Müəllif:

Oxşar xəbərlər