7 Noyabr 2023 16:02
3 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail xarici işlər naziri Eli Kohen BMT-nin baş katibi Antonio Quterreşi İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərini tənqid etdiyinə görə qınayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Kohen sosial şəbəkədə yazıb.

“Noyabrın 6-da BMT-nin baş katibi Qəzzanın “uşaqlar üçün qəbiristanlığa çevrildiyini” və çoxlu qadın və uşaqların, eləcə də dünya təşkilatının əməkdaşlarının və jurnalistlərin zolaqda öldüyünü bildirib. Quterreş, ayıb olsun sənə! Doqquz aylıq körpə də daxil olmaqla, 30-dan çox azyaşlı, həmçinin valideynlərinin soyuqqanlı şəkildə qətlə yetirilməsinə şahid olan körpələr və uşaqlar Qəzza zolağında onların iradəsinə zidd olaraq saxlanılır. Qəzza zolağında problem İsrailin bu terror təşkilatını məhv etmək səyləri deyil. HƏMAS-ın özüdür”, - Kohen vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər