Yaponiya və Böyük Britaniya HƏMAS hərəkatının terror hücumlarını pisləyir. Amma Qəzza zolağında döyüşlərdə humanitar fasilə verilməsinin tərəfdarıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyinin məlumat yayıb.
“Bu qərar iki ölkənin xarici siyasət və müdafiə nazirliklərinin rəhbərlərinin Tokioda iki üstəgəl iki formatında keçirilən danışıqların yekunlarına görə qəbul edilmiş birgə bəyanatında yer alıb. Tokio və London arasında danışıqlar 2021-ci ildən bəri ilk dəfə bu formatda keçirilib”, - məlumatda qeyd olunub.