7 Noyabr 2023 23:43
3 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İnqilab Keşikçiləri Korpusunun komandiri Qasım Süleymaninin öldürülməsindən sonra İranla əlbir olduqlarını etiraf edib.

Teleqraf.com xəbər verir ki, Tramp Qasım Süleymaninin öldürülməsindən sonra İranın ABŞ bazalarına hücumları barədə əvvəlcədən razılığa gəldiyini deyib.

Tramp etirafında deyib: “İranlılar bizə zəng edib “dinləyin, başqa seçimimiz yoxdur. Sizi vurmalıyıq” dedilər. Çünki özümüzə hörmətimiz var. Mən onları başa düşdüm. Dedilər ki, sizdə olan müəyyən hərbi bazaya 18 raket atacağıq. O gecəni xatırlayırsız? Maraqlı bir gecə... Əsəbi olmayan tək mən idim, çünki nə olacağını bilirdim. Bizə dedi ki, narahat olmayın. Biz sizin hərbi bazanıza 18 raket atacağıq, lakin heç biri bazaya dəyməyəcək, çünki bunlar çox dəqiq raketlərdir. Bunlar əslində çox etibarlı və çox dəqiq raketlərdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər