8 Noyabr 2023 11:25
4 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin HƏMAS hərəkatı girovları azad etsə, İsrail hakimiyyəti hərbi əməliyyatlara fasilə elan etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzetinə İsrail rəsmisi məlumat verib.

“Qəzza zolağına humanitar yardımın çatdırılması üçün taktiki fasilələr məsələsinə toxunan hökumət başçısı qeyd edib ki, İsrail şəraitə uyğun baxacaq. Amma əslində belə fasilələr artıq təşkil olunub. Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Netanyahu ilə telefonla taktiki fasilələrin tətbiqi imkanlarını müzakirə edib. İsrail fasilələr elan etməyə hazırdır. Ancaq girovlar azad olunarsa razıdır. Biz Amerika administrasiyası ilə konkret ehtiyaclara uyğun olaraq fərdi həll yollarını müzakirə edirik”, - İsrail rəsmisi bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər