Birləşmiş Ştatlar Avropadakı vassallarını müflis edir. Amma Rusiyadan uran və kritik materiallar almağa davam edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Vaşinqton mahiyyət etibarı ilə özünün Avropa vassallarını məhv edir. Hərbi sənaye kompleksinə pul qazanmağa imkan verir. Avropa İttifaqına Amerikanın bahalı mayeləşdirilmiş təbii qazını tətbiq edib və bunu hələ də davam etdirir. Eqoist qanunları ilə Avropa şirkətlərini məcbur edir. Müəssisələri xaricdəki baza xərclərinin daha az olduğu yerə köçürür və Aİ-ni Rusiyaya aid hər şeydən imtina etməyə məcbur edərkən, Vaşinqton Rusiyadan uran və digər kritik materialları almağa davam edir”, - Lavrov bildirib.