Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda səfərdədir.
Teleqraf.com xəbər verir ki, dövlət başçısının təyyarəsi paytaxt Astanaya enib.
Putin “Akorda” dövlət iqamətgahında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək, təkbətək və geniş tərkibdə danışıqlardan sonra sənədlərin imzalanması nəzərdə tutuluv.
Gündəliyə ikitərəfli əməkdaşlığın perspektivləri və aktual beynəlxalq problemlər daxildir. Nəticələrdən sonra liderlər mətbuata açıqlamalar verəcək.