Türkiyənin Hatay şəhərinin Kırıkhan rayonunda 4,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bakı vaxtı ilə saat 06:32-də qeydə alınan yeraltı təkanların ocağı 8,28 km dərinlikdə olub.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.