Bu gün Kiyevdə Ukraynanın şərqindəki Volnovaxa məntəqəsi yaxınlığında baş verən faciəli terrora etiraz olaraq kütləvi həmrəylik marşı keçirilib.
Minlərlə şəhər sakininin, çoxsaylı hərbi müdavimlərin qatıldığı yürüşün iştirakçıları sonda Müstəqillik Meydanında toplaşıblar.
Teleqraf.com-un məlumatına görə, nümayiş iştirakçıları əllərində üzərində “Mən Volnovaxayam” çağırışı yazılmış plakatlar tutublar.
Kütləvi aksiyada “Yaşasın Ukrayna”, “Yaşasın qəhrəmanlarımız” şüarları səsləndirilib.
Nail Cəlil