ABŞ İrana xəbərdarlıq edərək Yaxın Şərqdə vəziyyəti gərginləşdirmək niyyətində olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ nəşri yazıb.
"İsrail və HƏMAS arasındakı münaqişə səbəbindən artan gərginlik fonunda İranla, İraq və Livandakı əlaqəli qruplarla, eləcə də regional tərəfdaşlarımızla birbaşa qarşılıqlı fəaliyyət üçün əlavə tədbirlər gördük. Hərbi fəaliyyətimiz Fələstin-İsrail münaqişəsinə münasibətin dəyişməsini demək deyil. Regionda münaqişəni gərginləşdirmək niyyətində deyilik”, - nəşr qeyd edib.