Biz enerji təchizatında Rusiyaya güvənməyin nəticələrini gördük. Kritik şəbəkələrimiz üçün texnologiyanın təmin olunmasında Çinə güvənməklə bu səhvi təkrarlamamalıyıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq Kiber Müdafiə Konfransında çıxışı zamanı bildirib.
O, 5G şəbəkələri başda olmaqla təhlükəsiz kommunikasiya sistemlərinə ehtiyac olduğunu deyib: “Ukraynada müşahidə etdiyimiz kimi, “Microsoft”, “Amazon” və “Starlink” kimi özəl şirkətlər öz hesablarına kritik aktorlara çevriliblər. Onlar Kiyevdən birbaşa yardım tələblərinə cavab verdilər”.