Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbiri ziyarət edib.
Teleqraf.com xəbər verir ki, onu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz və Prezident Administrasiyasının üzvləri müşayiət ediblər.
Eyni zamanda CHP sədri Özgür Özəl, MHP sədri Dövlət Bağçalı, İYİ Partiyanın sədri Meral Akşener, ali məhkəmə orqanlarının rəhbərləri, siyasi partiyaların nümayəndələri, bürokratlar və digər dövlət məmurları də Anıtqəbiri ziyart ediblər.
Xatırladaq ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 85 il ötür.