10 Noyabr 2023 16:53
3 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinə namizəd statusunun verilməsi Gürcüstanın qabağına atılan sümüyə çevrilməməlidir. Bundan sonra başqa qərarlar da verilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Avropa bizə belə asan status verməməli, onu qabağımıza atılmış sümüyə çevirməməlidir. Bu statusu Avropanın dəstəyi izləməlidir”, - Zurabişvili bildirib.

Prezident əlavə edib ki, AB ilə münasibətlərin əsas məqamı 2024-cü ilin payızına təyin edilmiş parlament seçkiləri olmalıdır. O hesab edir ki, seçkilərin nəticələrindən sonra ölkə birpartiyalı hökumətdən koalisiya hökumətinə keçməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər