10 Noyabr 2023 18:16
3 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə sülh danışıqlarında iştirak etməyəcək, çünki Qərb o vaxta qədər onu əvəzləyəcək.

Teleqraf.com xəbər verir ki, belə bir iddia ilə “Asia Times” nəşri çıxış edib.

“Ukrayna ordusunun baş komandanının (Valeri Zalujnı – red.) söylədiklərindən sonra qələbə qazana bilməyəcəkləri məlum olduğundan Ukraynanın müttəfiqləri tezliklə hərbi liderə yox, bəlkə də nəyin bahasına olur-olsun sülhü təmin edə biləcək birinə baxmağa başlayacaqlar”, - məqalədə deyilir.

Nəşr qeyd edir ki, İsraillə HƏMAS arasında başlayan müharibə bütün dünyaya Ukraynanın döyüş meydanındakı “məyusedici vəziyyət”ini göstərib, müttəfiqləri artıq Kiyevi gizli şəkildə Rusiya ilə danışıqlara razı salmağa çalışırlar: “Çünki başa düşürlər ki, Vladimir Zelenskinin ordusu uğur qazana bilməyəcək”.

Bundan əvvəl Valeri Zalujnı Rusiya ilə müharibənin dalana dirəndiyini deyib. Onun “Economist” qəzetində dərc olunan məqaləsində qeyd olunur ki, Kiyev və Qərb Ukraynanın əks-hücumundan daha çox şey gözləyib. Zalujnı qarşıya qoyulan məqsədlərə çatılmadığını etiraf edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər