10 Noyabr 2023 21:49
1 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahil müdafiə sistemləri son vaxtlar trendə çevrilib. Türkiyə daxili imkanları ilə inkişaf etdirdiyi “Barbaros” sahil müdafiə sistemi ilə düşmənə qarşı “ölüm xətti” qurmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, müharibə coğrafiyalarının artdığı bir dövrdə Türkiyənin öz imkanları ilə hazırladığı “Barbaros” sistemi kritik əhəmiyyət kəsb edir.

“TRT Haber” bildirir ki, Türkiyə Müdafiə Nazirliyinin ehtiyacları üçün ROKETSAN tərəfindən istehsal edilən “Barbaros” ölkəyə bir çox sahədə strateji üstünlük qazandıracaq.

Türkiyə kimi güclü dəniz donanmasına və geniş dəniz sərhədlərinə malik ölkələrin sahil müdafiə sistemlərinə üz tutduqlarını bildirən ekspertlər belə sistemlərin quru tipli freqatlara bərabər ola biləcəyinə diqqət çəkirlər. Mütəxəssislər gəmi əleyhinə raketlər, radar və sensorlarla təchiz edilmiş sahil müdafiə sistemlərinin sualtı gəmilərin hədəflərinə çevrilmə ehtimalını aradan qaldırdığını deyirlər.

Ekspertlər “Barbaros” sahil müdafiə sisteminin döyüş gəmilərini də dəstəklədiyini qeyd edirlər:

“Aralıq dənizi və Egey sahillərində bir “Barbaros” sahil müdafiə sistemi, dəniz kənarında bir döyüş gəmisi olmalıdır. Quruda sahil müdafiəsi və dənizdəki döyüş gəmiləri ilə mahiyyət etibarilə hər tərəfdə 250 kilometr uzunluğunda “ölüm üçbucağı” yarada bilərsiniz. Hətta onu iki döyüş gəmisi ilə dəstəkləmək, “ölüm xətti” qurmaq mümkündür. Bu əraziyə daxil olan düşmən qüvvələrinin sağ qalmaq şansı demək olar ki, yoxdur”.

Yenə ROKETSAN-ın imzası olan “Çakır” raketinin tezliklə “Barbaros” sistemindən atılacağı, sistemin gələn il inventara girməsi gözlənilir.

Mənbələr “Barbaros”un Şimali Kipr Türk Cümhuriyyətində yerləşdiriləcəyini iddia edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər