18 Yanvar 2015 22:27
2 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Moskva yenidən Ukraynaya qarşı Donetsk aeroportunun qiyamçılara təhvil verilməsi tələbi ilə çıxış edib. Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı faktiki olaraq, ultimatum xarakteri daşıyır.

Bəyanatda iddia edilir ki, aeroportun “Donetsk Xalq Respublikası”na təhvil verilməsi Minsk protokolu ilə razılaşdırılıb və Ukrayna rəhbərliyi bu tələbi yerinə yetirməyə borcludur.

Digər tərəfdən, Rusiya tərəfinin rəsmi bəyanatında baş verənlər görə məsuliyyət Ukrayna rəsmilərinin üzərinə qoyulur:

"Minsk razılıqlarına uyğun olaraq, Donetsk şəhərinin aeroportu yerli ordu döyüşçülərinin nəzarətinə verilməlidir. Bu məsələ uzun müddət təmas xəttinin bəzi başqa sahələri ətrafında mübahisələrə görə həll edilməmiş qalırdı.

Bu müddət ərzində Ukrayna silahlı qüvvələri aeroportun binasından Donetskə və digər yaşayış məntəqələrinə atəş açmaqda davam ediblər. Nəticədə qadınlar və uşaqlar da daxil olmaqla dinc sakinlər həlak olublar. Məktəblər, yaşayış evləri və digər sosial infrastruktur dağıdılıb".

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər