Almaniya və Avropa İttifaqının digər üzvü ölkələri Ukraynaya 20 milyard avro ayrılmasını təsdiqləməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters“ diplomata istinadən məlumat yayıb.
Qeyd olunur ki, vəsait hərbi yardıma yönəlməli idi.
“Aİ-nin Ukraynaya hərbi yardım göstərmək planı Aİ-yə üzv dövlətlərin müqaviməti ilə qarşılaşır və dəyişikliklərə məruz qala bilər”, - agentliyin mənbəsi paylaşıb.