11 Noyabr 2023 16:49
2 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın “Jana Adamdar” (“Yeni İnsanlar”) gənclər hərəkatı ölkənin keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayevin həyat yoldaşı Saltanat Nukenovanı qətlə yetirməsindən sonra zorakılığa qarşı yürüş keçirəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hərəkat olayın bütün ölkəni şoka saldığını bildirir.

“Noyabrın 9-da keçmiş nazir Kuandıq Bişimbayevin həyat yoldaşını hamının gözü qarşısında döyərək öldürməsi xəbəri Qazaxıstanı şoka salıb. Noyabrın 25-də Almatıda heyvanlar aləmində yaşamaqdan yorulan insanların yürüşü keçiriləcək”, - hərəkatın bəyanatında deyilir.

Təşkilat qazaxıstanlıları yürüşdə fəal iştirak etməyə çağırıb. Yürüş iştirakçıları Qazaxıstanın ən böyük şəhərinin mərkəzi küçələri ilə gəzmək niyyətindədir.

Noyabrın 9-da keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayevin həyat yoldaşının öldürülməsi barədə məlumat yayılıb. Qadının Astanadakı restoranlardan birində Bişimbayev tərəfindən döyülməsi nəticəsində öldüyü iddia edilib. Qazaxıstan Daxili İşlər Nazirliyi cinayətdə şübhəli bilinən şəxsin saxlanması faktını təsdiqləyərək, hələlik rəsmi şəkildə ad çıqlamayıb.

43 yaşlı Bişimbayev 2016-cı ilin may-dekabr aylarında Qazaxıstanın milli iqtisadiyyat naziri vəzifəsində çalışıb.

“Jana Adamdar” hərəkatı 2022-ci ilin avqustunda yaradılıb. Həmin ilin noyabrında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hərəkat fəalları ilə görüşündə gəncləri aktiv vətəndaş fəaliyyəti ilə dövlətə fayda verməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər