11 Noyabr 2023 17:02
2 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzzada “Rantisi” xəstəxanasında təxminən 1000 nəfəri girov saxlayan HƏMAS komandirini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada deyilir ki, İsrail “Şin Bet” təhlükəsizlik qüvvələri və Hərbi Kəşfiyyat İdarəsi tərəfindən toplanan kəşfiyyat məlumatlarından sonra “Givati” ​​Briqadası HƏMAS-ın “Nasser-Radvan” qruplaşmasının komandiri Əhməd Siamı zərərsizləşdirib. Qruplaşma liderinin olduğu mövqeninin döyüş təyyarəsi ilə vurulduğu bildirilir.

İki gün əvvəl İsrail ordusu Siamın 1000-ə yaxın fələstinlinin Qəzzanın şimalında yerləşən “Rantisi” xəstəxanasından təxliyəsinə mane olduğunu açıqlayıb.

Siam komandanlığı altında olan digər HƏMAS üzvləri ilə birlikdə Qəzza şəhərində gizləndikləri “Əl-Buraq” məktəbində öldürülüb.

“Əhməd Siam bir daha nümayiş etdirir ki, HƏMAS Qəzza zolağının mülki əhalisini terror məqsədləri üçün canlı qalxan kimi istifadə edir”, - İsrail Müdafiə Nazirliyi vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər