11 Noyabr 2023 22:09
2 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Ukraynanı ərazi münaqişəsi olmadan alyansa qəbul etməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, sabiq baş katib Ukraynaya Rusiya tərəfindən ələ keçirilmiş ərazilərindən imtina təklifini verib.

“Növbəti addımı atmağın, Ukraynanı NATO-ya dəvət etməyin vaxtı çatıb. Bizə Ukraynanı NATO-nun mərkəzində yerləşdirən yeni Avropa təhlükəsizlik arxitekturasına ehtiyacımız var”, - Rasmussen bildirib.

Onun sözlərinə görə, Kiyevin üzvlük məsələsini gələn ilə qədər təxirə salmaq olmaz.

Keçmiş katib hesab edir ki, Rusiya işğalında olan ərazilərin NATO-dan kənarlaşdırılması Moskva ilə qarşıdurma təhlükəsini azaldacaq.

Onun fikrincə, Ukraynanın NATO-ya daxil olması heç də münaqişənin dondurulması demək deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər