Almaniya hökuməti 2024-cü ildə Ukraynaya hərbi yardımı iki dəfə artıraraq 8 milyard avroya çatdırmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Müdafiə Nazirliyindəki mənbələrinə istinadən yazıb.
Almaniya Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinə Ukraynaya hərbi yardım üçün ilkin olaraq 4 milyard avro daxil edib. Onun hamısı artıq xərcləndiyindən məbləğ iki dəfə artırıla bilər.