12 Noyabr 2023 01:14
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin İraqın Anbar əyalətindəki Ayn-Əl-Əsəd bazasına hücum törədilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Shafaq News” məlumat yayıb.

Bildirilib ki, hərbi baza minaatan atəşinə tutulub. Məlumata əsasən, hərbi obyektin ərazisinə azı iki mərmi düşüb.

Dəymiş zərər və ya hücumu törədənin kimliyi hələlik açıqlanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər