Fələstinin HƏMAS radikal hərəkatı oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürülən girovların azad edilməsi ilə bağlı danışıqları dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, HƏMAS Qəzza zolağının şimalında yerləşən Əl-Şifa xəstəxanasının İsrailin ordusu tərəfindən nəzarətə götürülməsinə qarşı çıxıb.