Aralıq dənizinin şərqində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 5 ABŞ hərbçisi həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-a məxsus hərbi təyyarə Aralıq dənizinin şərqi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.
"Hərbi təlimlər çərçivəsində müntəzəm yanacaq doldurma zamanı beş hərbçinin olduğu Amerika hərbi təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan beş hərbçinin hamısı həlak olub", - məlumatda deyilir.
Bizim WhatsApp kanalımıza abunə olun