Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə dialoqu davam etdirmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, Şoltsa görə, Rusiya lideri ilə danışıqlar aparmaq zəruridir:
“İndi bu vəziyyətdə, onunla təkrar-təkrar danışmaq lazımdır, bu mənim keçmişdə etdiyim və gələcəkdə yenidən edəcəyim şeydir. Ancaq Ukrayna və Rusiya arasında danışıqlar Moskva tərəfindən qətiyyətli addım tələb edir - bu, qoşunların çıxarılması deməkdir. Bu, Vladimir Putinin hələ də hazır olmadığı bir şeydir”.