19 Yanvar 2015 05:49
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada PEGİDA hərəkatının bazar ertəsinə planlaşdırdığı anti-İslam aksiyası baş tutmayacaq. Belə ki, Drezden polisi şəhərdə bütün növ kütləvi aksiyaları qadağan edib.

Teleqraf.com-un məlumatına görə, buna səbəb mümkün terror aktları haqqında məlumatların daxil olmasıdır. Qeyd olunub ki, terror təhlükəsinin arxasında İraq və Suriyada fəaliyyət göstərən "İslam dövləti" qruplaşması dayanır.

Radikal islamçıların Parisdə "Charle Hebdo" jurnalında törətdiyi qətliamdan sonra Avropada anti-İslam hərəkatları fəallaşıb.


Müəllif:

Oxşar xəbərlər