Donetskdə vuruşan Ukrayna hərbçiləri arasında yaralananların sayı bəlli olub.
Teleqraf.com Unian-a istinadla məlumat verir ki, Odessaya Donetskdən 32 yaralı gətirilib. Onların içərisində 20 nəfər “kiborq” – 93-cü mexaniki briqadanın hərbçiləridir.
Xatırladaq ki, dünəndən başlayan savaşda 43 yaralı və 5 itki barədə məlumat verilmişdi. Son 3 gündə isə ümumilikdə ordunun 2 əsgərinin həlak olduğu, 60 əsgərinin isə yaralandığı açıqlanıb.