İran Yaxın Şərqdə münaqişənin tezliklə daha da genişlənəcəyini istisna etmir, amma istənilən varianta hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu İran Aerokosmik Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə deyib.
“Bu gün görürük ki, müharibə genişlənib və Livan da ona cəlb olunub. Münaqişənin miqyasının gələcəkdə daha da artacağı istisna edilmir. Bundan sonra nə olacağını bilmirik, lakin İran bütün ssenarilərə hazırdır. Birləşmiş Ştatlar İranı təhdid etmir. İran, prinsipcə, kiminsə onu təhdid etmək istəyəcəyi vəziyyətdə deyil. Çünki biz indi hərbi gücümüzün zirvəsindəyik”, - General vurğulayıb.