İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi Fələstin Muxtariyyətinin Mahmud Abbas administrasiyası ilə bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Təl-Əvivdə İsrail Parlamentinin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin üzvləri və yüksək səviyyəli rəsmi şəxslərin iştirakı ilə keçirilən toplantıda danışıb.
Baş Qərargah rəisi Fələstin rəhbərliyinin HƏMAS-a qarşı münasibətinə diqqət çəkərək, Mahmud Abbas administrasiyasının bu qruplaşmaya qarşı tədbirlərini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Fələstin rəhbərliyi son həftələr İordan çayının qərb sahilində HƏMAS-a dəstək nümayişlərinin qarşısını almaq üçün intensiv işləyir.