Cənubi Karolina senatoru Tim Skott ABŞ prezidentliyi uğrunda mübarizədən geri çəkilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tim Skott açıqlama verib.
“Aydın oldu ki, indi mənim vaxtım deyil. Bu gündən prezident seçkiləri ilə bağlı təşviqat kampaniyamı dayandırmaq qərarına gəldim. Düşünürəm ki, seçicilər “İndi yox” deyirlər”, - Skott bildirib.
Qeyd edək ki, Skott may ayında prezidentlik yarışına qatılmışdı.