13 Noyabr 2023 13:21
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail münaqişə bitdikdən sonra Qəzza zolağını ələ keçirmək niyyətində deyil. Qəzzanın gələcəyini ABŞ-la müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin ABŞ-dakı səfiri Maykl Herzoq bildirib.

“Qəzzanın statusunun uzunmüddətli perspektivdə necə ola biləcəyini düşündük. Bu mövzuda Amerika administrasiyası ilə danışıqlara başladıq. Mövqeyimiz ondan ibarətdir ki, fələstinlilər Qəzzanı müstəqil şəkildə idarə etməlidir. Fələstin Milli Administrasiyasının rolu daha sonra bəlli olacaq. İsrail qoşunları Qəzzaya işğal və ya idarə etmək üçün yox, anklavı Fələstinin HƏMAS hərəkatının silahlılarından azad etmək üçün daxil olub. Qəzza 500 km-dən çox tunellə dünyanın ən böyük terror kompleksidir”, - Herzoq vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər