13 Noyabr 2023 16:47
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron krallığın xarici işlər, birlik məsələləri və inkişaf üzrə dövlət katibi vəzifəsinə təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Baş naziri Rişi Sunak məlumat verib.

“Cənab Devid Kemeron xarici işlər, birlik məsələləri və inkişaf üzrə dövlət katibi (xarici işlər naziri – red.) vəzifəsinə təyin edilib”, - Sunak deyib.

Eyni zamanda, bura qədər Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edən Ceyms Kleverli daxili işlər üzrə dövlət katibi (daxili işlər naziri) vəzifəsinə təyin edilib.

Kemeron 2010-2016-cı ilərdə Britaniyanın baş naziri olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər