Fransanın paytaxtı Parisdə yüzlərlə insanın toplaşdığı nümayişlərdə İslamofobiya və irqiçiliyə qarşı etiraz şüarları səsləndirilib.
Parisin “Chatelet” bölgəsində toplanan yüzlərlə nümayişçi “Charlie Hebdo”ya hücumdan sonra artan İslam əleyhdarlığının və irqçiliyin yolverilməz olduğunu bildiriblər.
Bir çox fərqli insanların qatıldığı etiraz nümayişində "Mən Charlie Deyiləm", "Peyğəmbərimə Toxunma", "İrqçiliyə - İslam əleyhdarlığına YOX" şüarları yazılmış etiraz plakatları qaldırılıb.
Teleqraf.com-un məlumatına görə, nümayişçilər Fransada dini və milli bərabərliyin sözdə deyil, əməldə gerçəkləşdirilməsini tələb ediblər.
Nail Cəlil