13 Noyabr 2023 18:08
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Departamentinin rəsmiləri ABŞ prezidenti Co Baydenin Yaxın Şərq münaqişəsi ilə bağlı siyasətini tənqid edərək, onu yalan məlumat yaymaqda və İsraili “müharibə cinayətləri” törətməkdə ittiham ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” portalı idarənin daxili sənədinə istinadən xəbər verir.

Dövlət Departamentinin 100 rəsmisi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əməkdaşı tərəfindən imzalanan memorandumda ABŞ rəhbərliyi İsraillə bağlı siyasətinə, eləcə də Qəzza zolağında atəşkəs rejiminə yenidən baxmağa çağırılır.

Sənədin müəllifləri Baydeni oktyabrın 10-da etdiyi çıxışında dezinformasiya yaymaqda günahlandırıblar. Amerika lideri İsrailə qeyri-məhdud dəstəyin lehinə danışıb. Yaxın Şərqə əlavə hərbi qüvvələr köçürəcəyini vəd edib. Sənədin böyük hissəsi İsrail dövlətinin baş naziri Binyamin Netanyahunun qərarı ilə Qəzza zolağına cavab hücumunun tənqidinə həsr olunub. İsrailin elektrik enerjisini kəsmək, humanitar yardıma çıxışı məhdudlaşdırmaq və Qəzza zolağına hücumlar təşkil etmək qərarını “beynəlxalq hüquqa uyğun olaraq insanlığa qarşı müharibə cinayətləri” adlandırıblar.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər