Qəzzada həlak olanların xatirəsinə hörmət əlaməti olaraq BMT-nin Baş Qərargahında təşkilatın bayrağı yarıya qədər endirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT- nin "X" hesabında məlumat verilib.
"Son həftələrdə Qəzzada öldürülən həmkarlarımıza yas saxlamaq və onlara hörmət əlaməti olaraq bazar ertəsi günü dünyanın müxtəlif yerlərində yerləşən ofislərimizdə və Baş Qərargahda BMT bayraqları yarıya qədər endirilir.
Mülki şəxslər və humanitar yardım əməkdaşları hədəf deyil", - paylaşımda qeyd olunub.