Nigeriyanın Taraba əyalətində sərnişin daşıyan qayığın batması nəticəsində 32 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, həftə sonu Taraba əyalətinin Kərim Lamido bölgəsindəki Benue çayında 50-yə yaxın sərnişini daşıyan qayıq çevrilib. Hadisədə 20-si uşaq olmaqla 32 nəfər həyatını itirib, çoxlu sayda insan itkin düşüb.
Qeyd edək ki, oktyabrın 28-də Nigeriyanın Mayorenero bölgəsindəki balıq bazarından Taraba əyalətinə qayıdan 100-dən çox sərnişini daşıyan qayıq Benue çayında aşmışdı. Qəzadan sonra başladılan xilasetmə işləri zamanı 18 nəfərin cəsədi tapılsa da, qayıqda olan 70 nəfərin hələ də itkin düşdüyü bildirilir.