Xerson vilayətinin sol sahilində quru əməliyyatlarını davam etdirən Ukrayna ordusu irəliləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələri hazırda Krınıkda mövqelərini saxlayır, qəsəbənin cənubuna doğru nəzarət zonasını bir qədər genişləndirib.
Başqa bir mənbə isə iddia edir ki, Rusiya qüvvələri ukraynalıları Krınık yaxınlığındakı naməlum mövqelərdən sıxışdırıb çıxara biliblər. Həmin iddiaya görə, Ukrayna müdafiə qüvvələri qəsəbə yaxınlığında uğursuz hücum manevrləri keçirib.
Eyni zamanda, ISW-nin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri israrla Poyma və Pişçanivka yaxınlığında möhkəmlənməyə çalışır. Ruslar ukraynalıların canlı qüvvəsinin və texniki resurslarının sol sahilə keçməsinin qarşısını almaq üçün silah-sursatdan aktiv istifadə edirlər.
Krınık yaxınlığında Rusiyanın 810-cu Dəniz Briqadasının (Qara Dəniz Donanması) bölmələri fəaliyyət göstərir.