Rusiya gəmilərini işğal etdiyi Krım yarımadasından (Ukrayna) Novorossiyskə (Krasnodar vilayəti) çəkir.
Teleqraf.com xəbər verir ki, bu barədə Krım tatarlarının “Atəş” partizan hərəkatı məlumat yayıb.
“Qafqaz limanında düşmənin gəmilərinin, qoşunlarının və texnikasının geri çəkilməsini qeydə almağa nail olduq. Qoşunlar Novorossiyskə çatdırılacaq”, - məlumatda deyilir.
Tatar partizanların iddialarına görə, Rusiya ordusunun sıralarında çaxnaşma var. Bu yolla gəmiləri yeni raket zərbələrindən xilas etməyə çalışırlar.