Braziliya Prezidenti İnasio Lula da Silva İsraili Qəzza zolağında heç bir meyar olmadan günahsız insanları qətlə yetirməkdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, ölkə lideri İsrailin addımlarının HƏMAS-ın 7 oktyabr hücumu kimi ağır olduğunu deyib.
“İsrail dövlətinin hərəkətləri HƏMAS-ın törətdiyi terror aktının nəticələri qədər ağırdır. Heç bir meyar olmadan günahsız insanları qətlə yetirirlər”, - Silva bildirib.
Braziliya lideri İsraili terrorçuların yerləşməsi iddiası ilə uşaqların, xəstəxanaların olduğu yerlərə bomba atmaqda ittiham edib:
“Bu izaholunmazdır. Əvvəlcə qadınları və uşaqları xilas etməlisən, sonra kiminlə istəyirsən, döyüşə bilərsən”.
Braziliyanın yəhudi icması (İsrail Braziliya Konfederasiyası) Silvanın açıqlamasını səhv, ədalətsiz və təhlükəli adlandıraraq, İsrail və HƏMAS-ın eyni səviyyəyə qoyulduğunu bildirib.