14 Noyabr 2023 17:33
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Rəcəb Tayyib Ərdoğanla münasibətlərimizi normallaşdırmaq kursunu razılaşdırmışıq”.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiryakos Mitsotakis deyib.

“Son bir neçə ayda münasibətlərimizdə ciddi yumşalma müşahidə edirik. Yaxın Şərqdəki son böhrandan əvvəl Prezident Ərdoğanla iki dəfə görüşmüşəm. Münasibətlərimizi normallaşdırmaq kursunu razılaşdırdıq. Müsbət gündəm müəyyən etmək və uzun müddətdir davam edən fikir ayrılıqlarının hərbi qarşıdurma riski həddinə çatmasına imkan verməmək üçün dekabrda Yunanıstanda yenidən görüşəcəyik. Problemləri həll etmək və müsbət gündəm yaratmaq mənim tutduğum yanaşmadır”, - baş nazir bildirib.

Mitsotakis Türkiyə liderinin İsraillə savaşı davam etdirən HƏMAS-la bağlı yanaşmasına da diqqət çəkib:

“Prezident Ərdoğanın HƏMAS haqda söylədiyi fikirlərlə razı deyiləm. Ancaq bu, Prezident Ərdoğanı Yunanıstanda qəbul etməmək üçün səbəb deyil. İkitərəfli münasibətlərimizdən, Türkiyə ilə Avropa Birliyi arasındakı əlaqələrdən danışacağıq”.

Yunanıstan rəhbəri Qəzzadakı hadisələrdən danışarkən qeyd edib:

“Məncə, münaqişənin bu gün yaşadığımız dəhşətli vəziyyətdən kənara çıxmaması hamımızın marağındadır. Əminəm ki, bu, Türkiyənin də marağındadır. Heç kim münaqişənin daha da böyüməsini istəmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər