14 Noyabr 2023 17:45
2 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəzzada yaşayan fələstinlilərin könüllü olaraq başqa ölkələrə köçmələri ən doğru humanitar həll yoludur”.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.

Onun sözlərinə görə, qəzzalıların könüllü köçü və dünya ölkələri tərəfindən qəbul edilməsi yəhudilərin və ərəblərin əzablarına son qoyacaq humanitar həll ola bilər. Smotriç könüllü köç təşəbbüsünü alqışladığını, bunun 75 illik qaçqınlıq, yoxsulluq və təhlükədən sonra Qəzza və onun sakinləri üçün düzgün həll olduğunu söyləyib.

Nazir Qəzza kimi təbii sərvətlərə malik olmayan kiçik bir ərazidəki torpaqların uzun müddət iqtisadi-siyasi cəhətdən müstəqil ya.amaq şansı vermədiyini vurğulayıb:

“Odur ki, İsrail də daxil olmaqla beynəlxalq ictimaiyyətin səxavətli maliyyə dəstəyi və yardımı ilə onların rifahını həqiqətən istəyən dünya ölkələrinin qaçqınları qəbul etməsi qaçqın probleminə, yəhudilərin və ərəblərin əzablarına son qoyacaq yeganə həll yoludur.

İsrail dövləti əvvəllər də qeyd etdiyi kimi, Qəzzada İsrailə nifrət edən və onu məhv etmək istəyinə əsaslanan müstəqil bir qurumun yaradılması ilə bağlı güzəştə getməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər