15 Noyabr 2023 01:13
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyanın təzyiqi və ya Ermənistana embarqo tətbiq edəcəyi təqdirdə Ermənistanı tam dəstəkləmək öhdəliyi götürüb.

Teleqraf.com xəbər verir ki, ABŞ Ermənistan ordusunu hərbi texnika, uniforma və sursatla təmin edəcək, ölkənin təhlükəsizlik orqanlarına, o cümlədən polisə texniki dəstək verəcək.

Bundan əlavə, bildirilir ki, Vaşinqton Ermənistana dizel yanacağı və enerji resursları, həmçinin "Metsamor" AES üçün nüvə yanacağının tədarükünü təmin edəcək. ABŞ, həmçinin bu atom elektrik stansiyasının idarə edilməsi və istismarı üçün texniki dəstək verməyə hazırdır.

Məlumata görə, lazım gələrsə, Amerikanın peyk interneti erməni internet provayderlərinin ixtiyarında olacaq.

ABŞ maliyyə sektorunda Ermənistana da kömək etməyə hazırdır. Belə ki, əgər ölkə Rusiya Federasiyasının mümkün sanksiyaları nəticəsində xarici valyuta çatışmazlığı ilə üzləşərsə, ABŞ Ermənistana dəstək verəcək.

Qeyd olunub ki, ABŞ Ermənistana buğda tədarük etməyə də hazırdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər