İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı HƏMAS-ın məhv edilməsi və anklavda saxlanılan girovların qaytarılması üçün lazım olan müddətdə davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen deyib.
“Heç bir siyasi saat yoxdur. Biz öz tərəfimizdən iki məqsədə nail olana qədər Qəzza zolağındakı əməliyyatı həftələr və aylarla davam etdirəcəyik. İsrail hərbçilərinin Qəzza zolağındakı Əl-Şifa tibb kompleksinin ərazisindəki əməliyyatlarının məqsədi HƏMAS tunellərinin məhv edilməsi və girovların axtarışıdır. İsrailin beynəlxalq hüquqa uyğun hərəkət etdiyinə dair kəşfiyyat məlumatımız olanda xəstəxanaya girdik. Bu gün İsrail ordusu bu ərazidədir və oraya nəzarət edir. Qaçırılanları istənilən yolla geri qaytarmaq müharibənin iki əsas məqsədindən biridir".
Kohen Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri ilə görüşlər keçirdiyini söyləyib: “Ümumdünya Səhiyyə Təşkilatının rəhbərinə iki gün əvvəl SAXAL nümayəndəsinin danışdığı bütün məlumatları açıqladım. Göstərdim ki, onların Qəzzaya köçürdükləri pullar son nəticədə xəstələrin köməyinə getmir. HƏMAS-ın hesabına başa çatır və xərclənir”.