15 Noyabr 2023 14:36
2 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Qüvvələri Qəzza zolağındakı Əl-Şifa xəstəxanasında HƏMAS-ın hərbi hədəflərinə qarşı əməliyyat keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Hazırda SAXAL bölmələri xüsusi olaraq Qəzza zolağındakı Əl-Şifa xəstəxanasında fəaliyyət göstərir. Fəaliyyətlər HƏMAS-ın terror fəaliyyətini göstərən kəşfiyyat məlumatlarının olduğu kompleksdə həyata keçirilir. Hərbçilər xəstəxanaya girməzdən əvvəl silahlı terrorçu qruplarla qarşılaşıblar. Döyüş partlayıcı maddələrlə baş verib. Nəticədə terrorçular məhv edilib. İsraildən SAXAL tankları tərəfindən gətirilən inkubatorlar, uşaq qidaları və dərmanların Əl-Şifa xəstəxanasına uğurla çatdırıldığını artıq təsdiq edə bilərik”, - məlumatda bildirilib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər