15 Noyabr 2023 21:38
4 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresi təcili olaraq Ukraynaya yeni hərbi yardım paketini təsdiqləməlidir, bu, bir ay yox, bir həftə ərzində edilməlidir, əks halda Kiyev təhlükəli vəziyyətlə üzləşəcək.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı konqresmen Adam Smit deyib.

Onun sözlərinə görə, gecikmə Ukraynadakı döyüş meydanında hiss olunacaq.

“ABŞ yardımı noyabr-dekabr aylarında çatdırmalıdır, Konqres qərarı gecikdirməməlidir. Kiyev dözə bilər, amma mövqeyi o qədər də güclü olmayacaq. Əgər onları lazım olan vaxtda təmin etməsək, çox təhlükəli vəziyyətlə üzləşəcəklər”, - Smit bildirib.

Siyasətçi Respublikaçılar Partiyasının Konqresdəki üzvlərinin Ukrayna ilə bağlı lazımi qərarın gecikdirilməsinin ABŞ-ın daxili problemləri ilə əlaqələndirmələri ilə razılaşmır. Xüsusilə də ölkənin cənub sərhədinin təhlükəsizliyinin təmin edilməsi iddiası ilə. Onun fikrincə, belə bəhanələrin heç bir mənası yoxdur.

“ABŞ-da anti-Ukrayna ritorikasının əsas səbəbi Donald Trampdır. Burada əsas səbəb Trampın Ukraynanı sevmədiyinə qərar verməsidir”, - Smit vurğulayıb.

Konqresmen hesab edir ki, bir çox respublikaçı qəlbən Ukraynanı dəstəkləyir, amma onlar Trampın fikirlərini dəstəkləyənlərin təzyiqlərinin öhdəsindən gələ bilmirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər