Qazaxıstan Milli Təhlükəsizlik Xidməti dünyəvi quruluşu devirmək məqsədi güdən dini ekstremist qruplaşmanın 12 üzvünü həbs edib.
Teleqraf.com xəbər verir ki, həbs edilənlər terrorizmi təbliğ etməkdə, habelə ekstremist qruplaşma yaratmaqda, ona rəhbərlik etməkdə və fəaliyyətində iştirak etməkdə şübhəli bilinirlər.
Əməliyyat Astana, Atırau və Jezkazqan şəhərlərində keçirilib.
İstintaqın versiyasına görə, həbs edilən şəxslər Qazaxıstanda dünyəvi quruluşu devirmək məqsədi güdürmüşlər. Bunun üçün ekstremist ideologiyanı yayır, özlərinə yeni tərəfdarlar toplayırdılar.
Şübhəlilərin yaşayış yerlərinə baxış zamanı qadağan olunmuş kitablar və digər maddi sübutlar götürülüb.
Qruplaşmanın bəzi üzvləri ağır cinayətlərdə, o cümlədən polisin öldürülməsi, quldurluq, soyğunçuluq və zorlamada ittiham olunurlar.