15 Noyabr 2023 20:54
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ukraynadakı siyasəti iflasa uğradıqdan sonra Ermənistandan yapışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Ukrayna ilə bağlı planları tamamilə iflasa uğrayan Qərb indi də eyni formada Ermənistandan yapışıb, onu Rusiyadan qoparmağa çalışır”, - o deyib.

M.Zaxarovanın sözlərinə görə, rəsmi Moskva Ermənistan rəhbərliyinin son addımlarını, o cümlədən baş nazir Nikol Paşinyanın Minskdə KTMT sammitində iştirakdan imtina etməsini, ölkəyə Qərb silahlarının tədarükünün çoxalmasını, İrəvan və Kiyevin dostluğunu “eyni zəncirin halqaları” kimi nəzərdən keçirir. “Amma mənə elə gəlir ki, bu, əsarət zənciridir”, - diplomat vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər