Çin və ABŞ arasındakı qarşıdurmanın hamı üçün dözülməz nəticələri olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Kaliforniyada ABŞ Prezidenti Co Baydenlə görüşdə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin deyib.
“Çin və ABŞ arasında münaqişənin və qarşıdurmanın nəticələri hamı üçün dözülməz olacaq”, – deyə Çin Mərkəzi Televiziyası Si Cinpindən sitat gətirib.
“Çin və ABŞ kimi böyük dövlətlər, prinsipcə, qarşılıqlı əlaqəni dayandıra bilməz. Bir-birini dəyişdirməyə çalışmaq qeyri-mümkün olardı”, - deyə Çin lideri vurğulayıb.