16 Noyabr 2023 13:34
7 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-ABŞ münasibətləri Vaşinqtonun günahı ucbatından hər an pozulmaq riski altındadır, bu, Moskvanın seçimi deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iki ölkə arasında diplomatik münasibətlərin bərpasının 90-cı ildönümü münasibətilə yaydığı müraciətdə qeyd olunub.

XİN bildirib ki, ABŞ və ya kollektiv Qərb onların qurmaq istədikləri dünya düzənini qəbul etmək istəməyən Rusiya və Çini cilovlamağa çalışır:

“Rusiya-Amerika münasibətlərindəki dərin böhranın səbəbi də budur. Fanatik Rusiya nifrətini mənimsəyən Vaşinqtonun günahı ucbatından münasibətlər zəifləyib, hər an pozulmaqla hədələnir. Bu, Rusiyanın seçimi deyil”.

Nazirlik vurğulayıb ki, ABŞ-ın məsuliyyətsiz hərəkətləri və Moskvaya “strateji məğlubiyyət” yaşatmaq məqsədi fəlakətli nəticələrə gətirib çıxara bilər.

XİN iddia edir ki, ABŞ-ın siyasi dairələri Rusiyada hakimiyyətin dəyişdirilməsi və federasiya daxilində çaşqınlığın təşkili məsələsində perspektivsiz və absurd məqsədyönlülük nümayiş etdirirlər, bunun üçün böyük vəsaitlər yatırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər