16 Noyabr 2023 20:46
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Həştərxan vilayətində yaşayış binasının bir hissəsi uçub.

Teleqraf.com xəbər verir ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, hadisə ilə bağlı təcili qərargah yaradılıb.

O qeyd edib ki, bina sakinləri üçün 3 məktəbin bazasında müvəqqəti məskunlaşma mərkəzləri yaradılıb, sakinlər isti yemək və su ilə təmin olunublar.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, Həştərxanda uçan binadan 37-si uşaq olmaqla 200-dən çox insan təxliyə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər